Azərbaycanın iki boksçusu Avropa çempionatında finala çıxdı

25 Aprel 2018 09:48 Boks 985
Azərbaycanın iki boksçusu Avropa çempionatında finala çıxdı

Azərbaycanın iki boksçusu İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilən gənclər arasında Avropa çempionatında finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Vaqif Şirinovun baş məşqçi olduğu kollektivdən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Kası üstələyib - 5:0.

O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq. Nicat Həsənov (69 kq) isə yarımfinalda şotlandiyalı Samuel Hikkini 3:2 hesablı qələbə ilə mübarizədən kənarlaşdırıb.

Həsənov çempionluq uğrunda görüşdə rusiyalı Cambulat Bijamovla qarşılaşacaq. Final döyüşləri bu gün keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti