Azərbaycan millisi Avropa çempionatında 2 medalı təmin etdi

23 Aprel 2018 13:48 Boks 682
Azərbaycan millisi Avropa çempionatında 2 medalı təmin etdi

AZ/ İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvlərindən ikisi yarımfinala yüksəlib.

60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov 1/4 finalda Nikolay Terteryanı (Danimarka) 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28), 69 kq çəkidəki Nicat Həsənov Mikita Buçkonu 4:1 (29:28, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə yenib.

Onlar yarımfinalda müvafiq olaraq, hollandiyalı van Peer Cas və şotlandiyalı Samuel Hikki ilə üz-üzə gələcəklər. Görüşlərin nəticələrindən asılı olmayaraq, Azərbaycan millisinin çempionatı 2 medalla başa vuracağı dəqiqləşib. Yarımfinal döyüşləri aprelin 24-də, final qarşılaşmaları aprelin 25-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti