"Qəbələ"nin "Kobra"sı dünya kəmərinə sahib oldu - FOTO

21 Aprel 2018 16:24 Boks 1 008
"Qəbələ"nin "Kobra"sı dünya kəmərinə sahib oldu - FOTO

“Qəbələ” idman klubunun təmsilçisi Pərviz Abdullayev növbəti titulunu qazanıb.

Sportinfo.az xəbər verir ki, “Kobra” ləqəbi ilə tanınan idmançı “ACB KB”nin dünya kəmərinə yiyələnib.

77 kiloqram çəki dərəcəsində çıxış edən kikboksçumuz bu uğura Moskvada keçirilən “ACB KB 15” turnirində imza atıb.

Döyüşçümüzün kəmər uğrunda qarşılaşmadakı rəqibi çeçen əsilli Rusiya idmançısı İslam Baybatırov olub. P.Abdullayev döyüşün 3-cü raundunda nokautla qalib gələrək dünya kəmərini qazanıb.

Bu qarşılaşma Pərviz Abdullayevin peşəkar karyerasındakı 54-cü döyüşü olub. İdmançımız 23-ü nokautla olmaqla, 47 qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti