Boliviyalı "Qəbələ"li Zamiqin qarşısından qaçdı - FOTO

20 Aprel 2018 09:12 Boks 1 070
Boliviyalı "Qəbələ"li Zamiqin qarşısından qaçdı - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı idmançımız Rusiyanın Yekaterinburq şəhərində təşkil olunan “Extra Round” seriyalı turnirdə qüvvəsini sınayıb.

Atakişiyev “Extra Round 7” şousunun 9-cu döyüşündə rinqə çıxıb. Superağır çəki dərəcəsində (+90,7 kq) mübarizə aparan Zamiq Boliviya idmançısı Saul Farah ilə 6 raundluq döyüşdə üz-üzə gəlib.

Peşəkar rinqdə 6-cı sınağına çıxan təmsilçimiz zəngin təcrübəyə malik (65 qələbə, 3 heç-heçə, 23 məğlubiyyət) cənubi amerikalını məğlub edib.

Saulun döyüşü davam etdirməkdən imtinası onun texniki nokautla qalib gəlməyini rəsmiləşdirib. Bu, hesabında 1 heç-heçə olan boksçumuzun 5-ci qələbəsi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti