Azərbaycan yığmasının Avropa birinciliyində rəqibləri müəyyənləşdi

19 Aprel 2018 00:00 Boks 909
Azərbaycan yığmasının Avropa birinciliyində rəqibləri müəyyənləşdi

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb.

Sportinfo.az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yarışa 10 oğlan və 1 qız idmançı ilə qatılan millinin üzvlərinin də ilk rəqibləri məlum olub.

Birinciliyin ilk günündə Nəbi İsgəndərovla Məhəmməd Yusifov rinqə çıxacaq. Təmsilçilərimiz 1/16 finaldan mübarizəyə başlayacaqlar. Onlarla yanaşı, Nurlan Səfərov da yarışa bu mərhələdən start verəcək.

Çempionatda final görüşləri aprelin 25-də olacaq. Avropa birinciliyi bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri də daşıyır. Oğlanların yarışında 49 kq çəki dərəcəsi istisna olmaqla, digər kateqoriyalarda 2000-2001-ci il təvəllüdlü idmançılar arasında ən yaxşı nəticə göstərən

Olimpiadaya vəsiqə əldə edəcək. Qızların yarışında isə 4 çəki dərəcəsində (51 kq, 57 kq, 60 kq, 75 kq) ən yaxşı yeniyetmə Buenos Ayresdə çıxış etmək hüququna yiyələnəcək.

1/16 final

56 kq. Nəbi İsgəndərov – Aleks Baki (Macarıstan)

75 kq. Məhəmməd Yusifov – Vilmantas Sirius (Litva)

1/16 final

60 kq. Nurlan Səfərov – Stefan Kirkorov (Bolqarıstan)

1/8 final

81 kq. Zaur Musayev – Damyan Zavieruşinski (Polşa)

91 kq. İsmayıl Yaqubov – Viktor Yurk (Almaniya)

1/8 final

49 kq. Maqsud Xasmetov – Ramil Əliyev (Belarus)

52 kq. Həsən İbrahimov – İbrahim Bukedim (Fransa)

64 kq. Səbuhi Abışov – Erdonis Maliqi/Arman Dabaqyan (Polşa)

69 kq. Nicat Həsənov – Stefan Ristanoviç (Serbiya)

1/8 final

60 kq. Ruhanə Məmmədova – Françeska Delle Piane (İtaliya)

1/4 final

+91 kq. Vüqar Səmədov – Oskar Kopera (Polşa)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti