Azərbaycanda şirkət rəhbəri vitse-prezidenti vəzifəsinə gətirildi

13 Aprel 2018 15:00 Boks 1 024
Azərbaycanda şirkət rəhbəri vitse-prezidenti vəzifəsinə gətirildi

Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinat olub.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Aydın Əhmədov AKF-nin peşəkarlar üzrə vitse-prezidenti vəzifəsini icra edəcək.

AKF-nin prezidenti, millət vəkili Adil Əliyev bildirib ki, qurumun fəaliyyətinin gücləndirilməsi istiqamətində bu cür təyinatlar gələcəkdə də olacaq:

“Sıralarımız genişlənir. “Euro Fight” klubunun direktoru Aydın Əhmədov Azərbaycan Kikboksinq Federasiyasında peşəkarlar üzrə vitse-prezident vəzifəsinə təyin olunub.

Bundan sonra da federasiyamızın fəaliyyətinin gücləndirilməsi istiqamətində belə təyinatlar olacaq. Əsas məqsəd cəmiyyətdə idmana olana marağı artırmaqdı”.

Aydın Əhmədov AKF-nin tərkibində yer alan “Euro Fight” klubunun direktoru olmaqla yanaşı, “Premium Travel” şirkətinin rəhbəridi.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu