Avropa çempionu titulu uğrunda mübarizə aparacaq

4 Aprel 2018 14:00 Boks 779
Avropa çempionu titulu uğrunda mübarizə aparacaq

Azərbaycanın K1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı idmançı bu barədə “facebook” səhifəsində yazıb.

O, “King of Kings” versiyası üzrə Avropa çempionu titulu uğrunda fransalı Freddi Kemayo ilə qarşılaşacaq.

Döyüş mayın 30-da Rusiyanın paytaxtı Moskvadakı “Crocus City Hall”da “JARA Fight Show” idman layihəsi çərçivəsində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti