Yığmamız Avropa çempionatına 10 nəfərlə yollanır

23 Mart 2018 19:12 Boks 640
Yığmamız Avropa çempionatına 10 nəfərlə yollanır

Martın 25-dən aprelin 1-dək Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Boks Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, yarışda Azərbaycan millisi də iştirak edəcək.

Avropa çempionatında ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edəcək. Yığmamızın məşqçilər korpusu qitə birinciliyində 10 idmançını sınaqdan keçirəcək.

Kişilərin mübarizəsində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaqlar.

Qadınların yarışında isə Aliyə Vəlizadə (57 kq) ilə Məryəm Cəbrayılova (69 kq) qüvvələrini sınayacaqlar. Bu gün saat 20:45-də səfərə yollanacaq komandamız aprelin 3-də Vətənə dönəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti