"Qəbələ" Azərbaycan birinciliyində 3 medal qazandı

5 Mart 2018 15:12 Boks 726
"Qəbələ" Azərbaycan birinciliyində 3 medal qazandı

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” İdman Klubunun təmsilçiləri yarışda uğurla çıxış ediblər.

2002-2003 təvəllüdlü yeniyetmələrin Boks Mərkəzində baş tutan yarışında idmançılarımız 3 medal qazanıblar. 6 gün davam edən yarışda iki boksçumuz finala qədər irəliləyib.

Yalnız həlledici qarşılaşmada uduzan Nihad Ağakişiyev (44 kq) və Nurlan Qasımov (70 kq) birinciliyin gümüş medalına yiyələnib. Mübarizəni yarımfinalda dayandıran Nihad Qurbanov (50 kq) bürünc mükafata sahib çıxıb.

Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın qatıldığı yarışda 375 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu