“Qəbələ”nin üzvü “Glory” seriyasında növbəti qələbəsini qazandı

4 Mart 2018 16:59 Boks 754
“Qəbələ”nin üzvü “Glory” seriyasında növbəti qələbəsini qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, idmançı “Glory” seriyasında təşkil olunan yarışda qüvvəsini sınayıb.

O, Hollandiyanın Rotterdam şəhərində təşkil olunan “Glory51” çərçivəsində kamerunlu Sedrik Doumbe ilə üz-üzə gəlib.

Yarımorta çəki dərəcəsində baş tutan 3 raundluq döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib.

Alim yekunda 2:1 (28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Bu, Nəbiyevin “Glory” seriyasında keçirdiyi 3-cü döyüşdə 3-cü qələbəsidi.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu