Azərbaycan boksçuları Qomeldən 4 qızıl, 2 gümüşlə qayıdır

26 Fevral 2018 13:48 Boks 699
Azərbaycan boksçuları Qomeldən 4 qızıl, 2 gümüşlə qayıdır

Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Vaqif Şirinov Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda 15 idmançıya şans verib.

Turnirdə millimizin üzvləri 4 qızıl və 2 gümüş medal qazanıblar. Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız finalda məğlub olan Əflatun Babayevlə (52 kq) İsmayıl Yaqubov (91 kq) isə ikinci yerlə kifayətləniblər.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu