Azərbaycan yığmasının beynəlxalq turnir üçün heyəti açıqlanı

16 Fevral 2018 20:12 Boks 675
Azərbaycan yığmasının beynəlxalq turnir üçün heyəti açıqlanı

Boks üzrə Azərbaycan milli komandasının fevralın 19-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi beynəlxalq “Strandja” turniri üçün heyəti açıqlanıb.

Federasiyanın Mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 69-cu dəfə keçiriləcək yarışda kişi və qadınlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.

Azərbaycan kişi boksçuların turnirində təmsil olunacaq. Yığmanın məşqçilər korpusu 7 idmançını - Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədlini (91 kq) sınaqdan çıxaracaq.

Fikrət Hacıyev isə hakim kimi rinqdə olacaq. Yığma Boks Mərkəzindəki təlim-məşq toplanışını fevralın 17-də başa vuracaq və Bolqarıstana yollanacaq.

Bir həftəyədək davam edəcək “Strandja” turnirinə 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti