"Anar dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirir"

8 Fevral 2018 13:12 Boks 1 046
"Anar dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirir"

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovu öldürməkdə günahlandırılan azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə məhkəmə dinləmələri başlayıb.

Sportinfo.az xəbər verir ki, A.Allahverənovun vəkili Konstantin Lısenko bildirib ki, hüquqlarını müdafiə elədiyi şəxs özünü günahkar bilmir.

"Anar Allahverənov dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirir", - deyə vəkil vurğulayıb.

Ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər. Hadisədən bir müddət sonra Anar Allahverənovun atası Əliyar Allahverənov Xabarovskda yolu keçmək istəyərkən avtomobillə vurularaq öldürülüb.

Yol-nəqliyyat hadisəsinin qisas olub-olmadığı da istintaq tərəfindən araşdırılan versiyalar sırasındadır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?