Azərbaycan bayrağını bir neçə dəfə zirvələrə qaldıran idmançımızın döyüşlərdən birində aldığı zərbə nəticəsində iflic olub.
Sportinfo.az xəbər verir ki, qaydasız döyüş üzrə peşəkar idmançımız Sənan Əliyev 34 yarışda və bütün döyüşlərini qələbə ilə başa vurub.
Bununla yanaşı, S.Əliyev məşqçi kimi onlarla idmançı yetişdirib. O həmçinin döyüşlərində bir neçə dəfə erməni rəqiblərini məğlubiyyətə uğradıb.
Lakin döyüşlərdə aldığı zədələrdən sonra səhətində ciddi problemlər yaranıb. Belə ki, həkim ona döyüşməməyi məsləhət görsə də, Sənan rinqə çıxmağa davam edib.
Nəticədə zədələnərək iflic vəziyyətinə düşüb. Hazırda idmançımız əsa ilə gəzir. O, imkansızlıq ücbatından nəinki müalicə olunur, hətta dərmanlar almağa belə imkanı yoxdu.

