"Qəbələ"nin 6 futbolçusu Azərbaycan yığmasına çağırıldı

20 Yanvar 2018 12:12 Boks 3 643
"Qəbələ"nin 6 futbolçusu Azərbaycan yığmasına çağırıldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığmamız yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

Toplanışa “Qəbələ”nin 6 futbolçusu da dəvət alıb. Bunlar Ayxan Arazlı, Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev, Samir Qurbanov, Məhəmməd Məhərrəmovdur.

Hazırlıq müddətində U-19 üç yoxlama oyunu keçirəcək. Milli komanda yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, 30-da isə Rusiyanın “Krasnodar” klubunun əvəzediciləri ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti