Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər - Bizimkilərin siyahısı

04:50 Boks 37
Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər - Bizimkilərin siyahısı

Azərbaycanın 19 yaşadək boksçuları iyulun 11-də Almaniyanın Frankfurt (Oder) şəhərində start götürəcək beynəlxalq turnirə qatılacaqlar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

U-19 komandasının baş məşqçisi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədov 4 gün davam edəcək yarışda Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov, Sübhan Babayev, Toğrul Quliyev (hər üçü 60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), Səftər Məmmədzadə və Məhəmməd Cəfərova (hər ikisi +90 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) etimad göstərib.

Azərbaycanı turnirdə həmçinin Elxan Quliyev hakim kimi təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!