Zamiq Atakişiyevdən ilk heç-heçə - 6 raund davam edən döyüşdən sonra

16 Dekabr 2017 12:33 Boks 783
Zamiq Atakişiyevdən ilk heç-heçə - 6 raund davam edən döyüşdən sonra

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı idmançı Rusiyanın Yekaterinburq şəhərində keçirilən “Extra Round5” turnirində iştirak edib.

Superağır çəki dərəcəsində rinqə çıxan Atakişiyev Ukrayna təmsilçisi German Skobenko ilə üz-üzə gəlib. 6 raund davam edən döyüşdə qalib müəyyənləşməyib.

Bu, Zamiqin peşəkar rinqdə ilk heç-heçəsidi. Yekaterinburqdakı döyüşə qədər 4 qarşılaşmaya çıxan boksçu bütün rəqiblərinə qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu