"Qəbələ”li Aqil çempionu şil-küt edə biləcəkmi? - FOTO

9 Dekabr 2017 19:36 Boks 893
"Qəbələ”li Aqil çempionu şil-küt edə biləcəkmi? - FOTO

“Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz bu gün baş tutacaq “Glory 49” turnirində qüvvəsini sınayacaq.

Yarımorta çəki dərəcəsində çıxış edən Nəbiyev təşkilatın sabiq çempionu Niki Holtskenlə üz-üzə gələcək.

Döyüş Hollandiyanın Rotterdam şəhərində keçiriləcək. “Glory” yarışlarında debütü bu ilin oktyabrında gerçəkləşən Alim Lionda təşkil olunan ilk döyüşündə Fransa təmsilçisi Cimmi Vienota qalib gəlmişdi.

Holtsken isə “Glory” seriyalı turnirlərdə keçirdiyi 13 döyüşdə 11 qələbə qazanıb, 2 dəfə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?