“Bu addımı sevgimə görə atdım" - Öz istefasına bu cür şərh verdi

21 Noyabr 2017 00:40 Boks 625
“Bu addımı sevgimə görə atdım" - Öz istefasına bu cür şərh verdi

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vu istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Bu qərarı boksa olan sevgimə görə verdim. Qurum və boksun xeyirinə bu addımı atıram”, - 71 yaşlı tayvanlı funksioner istefasına bu cür şərh verib.

Bir müddət əvvək AIBA-nın İntizam Komitəsi Çinq-Kuo Vunu postundan kənarlaşdırıb. Qurum rəhbərinin vəzifələrini müvəqqəti olaraq vitse-prezident Franko Falçinelli yerinə yetirirdi. Vu 2006-cı ildə pakistanlı Ənvər Çaudrini əvəzləmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti