"Qəbələ"li Pərviz Abdullayev Los Ancelesi bir-birinə vurdu - FOTO

12 Noyabr 2017 09:26 Boks 739
"Qəbələ"li Pərviz Abdullayev Los Ancelesi bir-birinə vurdu - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, idmançımız ABŞ-ın Los Anceles şəhərində keçirilən ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayıb.

77 kq çəki dərəcəsində çıxış edən Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb.

Pərviz üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib. O, sonuncu hissədə rəqibini texniki nokautla məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti