"Qəbələ"li Aqil fransızı öz vətənində uddu - Hakimlərin rəyi ilə

29 Oktyabr 2017 10:31 Boks 775
"Qəbələ"li Aqil fransızı öz vətənində uddu - Hakimlərin rəyi ilə

“Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı idmançımız kikboksinq üzrə nüfuzlu “Glory” seriyalı yarışlarda debüt edib.

O, Fransanın Lion şəhərində təşkil olunan “Glory 47”də qüvvəsini sınayıb. Nəbiyev Fransa təmsilçisi Cimmi Vienotla qarşılaşıb. Yarımorta çəki dərəcəsində keçirilən döyüş 5 raunddan ibarət olub.

Gərgin keçən qarşılaşmanın qalibi hakimlərin rəyi ilə müəyyənləşib. Alim bu döyüşdə 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27) hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti