“Neftçi" paytaxt birinciliyində necə çıxış etdi?

27 Oktyabr 2017 00:40 Boks 718
“Neftçi" paytaxt birinciliyində necə çıxış etdi?

Kiçikyaşlı, yeniyetmələr və gənc kikboksçuların Bakı birinciliyinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan yarışda 40 komandadan 560 idmançı qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu”nun kiçikyaşlı üzvlərindən Elfan Əzizli (27 kq), Yusif Dadaşov (33 kq) və Əli Mirzəyev (36 kq) bütün rəqiblərinə qaliblər. Yalnız finalda məğlub olan Əlihüseyn Əliyev (36 kq) və Əli Qasımov (46 kq) gümüş medalla kifayətləniblər.

Bu yaş qrupunda klubun kikboksçuları komanda hesabında 1-ci yeri tutublar. Yeniyetmələrin yarışında Fərid İlyasov (60 kq) və Sehran Baxşıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclərin mübarizəsində Hüseyn Əliyev (45 kq) və İsgəndər Hacıyev (67 kq) birinciliyi bürünc medalla tərk ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti