"Qəbələ"lilər "Спортивна середа" verilişində - VİDEO

20 Oktyabr 2017 08:36 Boks 692
"Qəbələ"lilər "Спортивна середа" verilişində - VİDEO

"Qəbələ" İK-nın boks bölməsinin baş məşqçisi Ramiz Mirkamalov və boksçumuz Kamran Şahsuvarlı Ukraynanın Krıvoy Roq şəhərində "ТРК Рудана" kanalının "Спортивна середа" verilişinin qonağı olublar.

Sportinfo.az xəbər verir ki, idmançılarımız Krıvoy Roqda qonaqpərvərliklə qarşılandıqlarını bildirib, "KB-75" komandası ilə oyunöncəsi təəssüratlarını bölüşüblər. Veriliş Azərbaycan və Ukrayna boks ənənələri və tərzləri barədə söhbətlə davam edib.

"KB-75" klubu ilə beynəlxalq yoxlama görüşü 21 oktyabr tarixində baş tutacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə boksçular 7 çəki dərəcəsində üz-üzə gələcək.

Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti