VİDEO: Rusiyada azərbaycanlı idmançının qətlində şübhəli bilinən şəxs saxlanıldı: AZƏRBAYCANLIDI!

4 Oktyabr 2017 12:24 Boks 775
VİDEO: Rusiyada azərbaycanlı idmançının qətlində şübhəli bilinən şəxs saxlanıldı: AZƏRBAYCANLIDI!

Çelyabinskdə kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı Eldəniz Bağırov oktyabrın 3-də həbs edilib. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə İdarəsinin Kurçatov rayonu üzrə İstintaq Şöbəsinin rəisi İqor Mitroxin bildirib ki, hazırda E. Bağırov müvəqqəti istintaq təcridxanasında saxlanılır.

Kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Caniyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib. O xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti