Çempionu döyüşə çağırdı

3 Oktyabr 2017 20:12 Boks 807
Çempionu döyüşə çağırdı

Peşəkar boks həvəskarları üçün əla xəbər var. Sportinfo.az xəbər verir ki, sabiq dünya çempionu Corc Formen rinqə qayıtmaq istəyir. O, məşhur aktyor Stiven Siqalı döyüşə çağırıb. Bu barədə Formen “tvitter” səhifəsində yazıb:

“Stiven Siqal, mən sənə çağırış edirəm, təkbətək. Mən boks fəndlərindən istifadə edəcəm, sən nədən istəsən, yararlana bilərsən. Veqasda 10 raund”.

Formen 1968-ci ildə keçirilən olimpiya oyunlarının qalibidi. O, WBA, WBC, İBF versiyalarında dünya çempionudu. 65 yaşlı Siqal isə aykido üzrə 7-ci dana sahibdi. O, hələ Formenın çağırışına cavab verməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti