Hakimliklə bağlı 2 illik pilot layihə hazırlandı: istifadəyə veriləcək

2 Oktyabr 2017 14:36 Boks 706
Hakimliklə bağlı 2 illik pilot layihə hazırlandı: istifadəyə veriləcək

Peşəkar boksda videotəkrardan istifadə ediləcək. Sportinfo.az xəbər verir ki, bu barədə Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman qurumun bu gün Bakıda işinə başlayan 55-ci Konvensiyasında bildirib.

O deyib ki, hakimliklə bağlı 2 illik pilot layihə hazırlanıb və istifadəyə veriləcək: “Bir çox idman növlərində artıq belə texnologiyadan istifadə edirlər. Düşünürük ki, boksda da bundan yararlanmalıyıq”.

Federasiya rəhbərlərinin, idman menecerlərinin, keçmiş və hazırki çempionların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən çox qonağın qatıldığı Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti