Vitse-prezident oğlunu icra başçısının qızı ilə evləndirir - VİDEO

20 Sentyabr 2017 15:00 Boks 3 931
Vitse-prezident oğlunu icra başçısının qızı ilə evləndirir - VİDEO

Bu gün Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun ailəsində şad gündü. Sportinfo.az xəbər verir ki, icra başçısının qızı gəlin köçür.

Onun qızı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundovun oğlu Pərviz Axundovla ailə qurur.

Toy mərasimi Bakıdakı məşhur restoranlardan birində baş tutacaq. K. Axundov təsdiqləyib. Bildirib ki, bu evlilik gənclərin öz seçimi olub:

"Kimisə məcburən, zorla evləndirmək olmaz ki... Özləri sevib, evlənmək qərarı veriblər. Allah hamının balasını xoşbəxt eləsin, bizimkilər də içərisində”.

Onu da bildirək ki, Pərviz Axundov tələbədir, hazırda Azərbaycanda ali məktəblərdən birində təhsil alır. Bir neçə gün əvvəl Süleyman Mikayılovun qızının xına gecəsi keçirilmişdi. Mərasimdə tanınmış şou ulduzları Aygün Kazımova, Tünzalə Ağayeva və Günay İbrahimli də iştirak etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti