Dünyanın 25 məşhur "zorba" adamı Bakıya gəlməyə razılaşdı

19 Sentyabr 2017 19:36 Boks 975
Dünyanın 25 məşhur "zorba" adamı Bakıya gəlməyə razılaşdı

Dünya Boks Şurasının (WBC) Bakıda keçiriləcək 55-ci Konvensiyasında iştirakını təsdiqləyən məşhurların siyahısı açıqlanıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, artıq boks dünyasının 25 tanınmış simasının dəvəti qəbul edərək, “Fairmont” hotelindəki tədbirə qatılacağı dəqiqləşib. Sünya boks ailəsi üçün tarixi hadisənin bir hissəsi olacaq Konvensiya 1 - 6 oktyabrda keçiriləcək.

Bunlar Gennadi Qolovkin, Mayris Briedis, Srisaket Sor Runqvisay, Kristina Hammer, İkram Kervat, Fatuma Zarika, Con Fernandes, Nasim Hamed, Amir Xan, Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Xavyer Kastilyexos, Vitali Kliçko, Viktor Postol, Karlos Zarate, Quadalupe Pintor, Erik Morales, Maykl Spinks, Azuma Nelson, Nino Benvenuti, Pol Malinyaci, Co Calzage, Nikki Adler, və Ketrin Firidi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti