Livanda avtomobil qəzası nəticəsində həlak olan azərbaycanlı idmançı Xəzər Əliyevin meyiti ölkəmizə gətirilib.
Spiortinfo.az xəbər verir ki, idmançının nəşi doöulduğu Naxçıvan Muxtar Reespublikasının Şərur rayonunda torpağa tapşırılıb.
25 avqust tarixində səhər 5.30 radələrində Livanın Beyrut şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Olay nəticəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində Əliyev Xəzəri avtomobil vurub.
Əliyev Xəzər hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq həmin gün təqribən saat 11.00 radələrində vəfat edib.
Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan Respublikasının səfirliyi ilə əlaqə saxlayıb. Dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gəlib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyətini müəyyən edilib.
Səfirlik tərəfindən XİN-nin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib.

