Meksikalı boksçu Raul Kastanyeda La Pas şəhərində baş vermiş atışma nəticəsində həlak olub. Sportinfo.az xəbər verir ki, 34 yaşlı idmançının avtomobilinə atəş açılıb və nəticədə onun nəqliyyat vasitəsi başqa maşına çırpılıb.
Boksçu xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saat sonra keçinib. 48 kq çəki dərəcəsində çıxış etmiş Raul Kastanyeda 2003-cü il Panamerika Oyunlarının bürünc mükafatçısı, 2004-cü il Yay Olimpiya Oyunlarının iştirakçısıdı.

