Azərbaycan millisindən dünya çempionatının finalına çıxan var

2 Sentyabr 2017 00:08 Boks 780
Azərbaycan millisindən dünya çempionatının finalına çıxan var

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında finalçıların adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz finala gedən yolda avstraliyalı Jozef Qudelli mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (30:26, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Məcidov sabah baş tutacaq həlledici görüşdə qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gələcək. Yarışa 4 boksçu ilə qatılan komandamızın aktivində hələlik bir bürünc medal var. Mükafatı ölkəmizə Kamran Şahsuvarlı (75 kq) qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti