"Qəbələ"li Kamran Şahsuvarlı dünya çempionatında üçüncü oldu

1 Sentyabr 2017 00:24 Boks 862
"Qəbələ"li Kamran Şahsuvarlı dünya çempionatında üçüncü oldu

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, bu mərhələnin ilk yarış günündə Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı da rinqə çıxıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız finala gedən yolda qazaxıstanlı Abilxan Amankulla qarşılaşıb.

Döyüş Şahsuvarlı üçün uğurlu alınmayıb. O, 1:4 (28:29, 29:28, 27:30, 27:30, 28:29) hesabı ilə məğlub olub.

Nəticədə boksçumuz mundialı bürünc medalla başa vurub. Yığmamızın digər üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinal döyüşünə sentyabrın 1-də çıxacaq. O, avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?