Bu qız məşqdə öldü - FOTO

30 Avqust 2017 01:00 Boks 1 033
Bu qız məşqdə öldü - FOTO

Dünya Boks Federasiyası versiyası üzrə yarım yüngül çəkidə dünya çempionu olan fransalı Anjelik Düşman məşq zamanı ölüb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı idmançı Tüir bələdiyyəsində yerləşən boks klubunda məşq zamanı özünü pis hiss edib.

Qıza ürək masajı edilib və o, xəstəxanaya aparılıb. Lakin boksçunun həyatını xilas etmək mümkün olmayıb.

Ona təxmini olaraq ağciyər arteriyalarının emboliyası diaqnozu qoyulub. Anjelik Düşman boks üzrə dünya çempionu titulunu bu ilin mayında qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti