Azərbaycanlı ikiqat dünya çempionu yarımfinala vəsiqə qazandı

30 Avqust 2017 00:16 Boks 695
Azərbaycanlı ikiqat dünya çempionu yarımfinala vəsiqə qazandı

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, mərhələnin son döyüşündə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov gücünü yoxlayıb.

+91 kq çəki dərəcəsində rinqə çıxan ikiqat dünya çempionumuz Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gəlib.

Görüş boksçumuzun 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin edib.

Bu, təmsilçilərimizin Hamburqda təmin etdiyi ikinci mükafat olub. Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) da 1/4 final döyüşünü qələbə ilə başa vurub.

Onların qazanacağı medalın əyarı isə növbəti döyüşlərdən sonra dəqiqləşəcək. Məcidov sentyabrın 1-də keçiriləcək 1/2 finalda avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti