Azərbaycan boksçusu Kamran Şahsuvarlı dünya çempionatında yarımfinala yüksəldi

29 Avqust 2017 22:24 Boks 662
Azərbaycan boksçusu Kamran Şahsuvarlı dünya çempionatında yarımfinala yüksəldi

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, günün ilk sessiyasında Azərbaycan millisinin bir üzvü qüvvəsini sınayıb. 75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvalı kolumbiyalı Xorxe Vivas Palasiosla üz-üzə gəlib.

Döyüş 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə Olimpiya mükafatçımızın xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. K.Şahsuvarlı avqustun 31-də baş tutacaq 1/2 finalda qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq.

Günün ikinci sessiyada dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da rinqə çıxacaq. O, yarımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti