Gəncəli Nəbi dünya çempionatında iranlı rəqibinə qalib gəldi

6 May 2023 21:40 Boks 760
Gəncəli Nəbi dünya çempionatında iranlı rəqibinə qalib gəldi

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsində Ali Habibinejadla (İran) döyüşüb.

Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib.

O, 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Qarşılaşma mayın 9-da olacaq.

107 ölkədən 538 idmançının qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!