Boks üzrə sabiq dünya çempionu Vladimir Kliçko bütün dövrlərin ən yaxşı 5 boksçusu ilə bağlı öz versiyasını açıqlayıb.
Vladimir Kliçko bu yaxınlarda karyerasını bitirdiyini bildirib. Sportinfo.az xəbər verir ki, Kliçko versiyasını açıqlayarkən, çəkiləri nəzərə almayıb. O, qardaşını da ən güclülər sırasına daxil edib:
“Əlbəttə, Co Luis. Mən əfsanənin rekordlarına nail olmağı arzulamışam. Həmçinin, hesab edirəm ki, siyahıda məğlubedilməz Rokki Marçiano da olmalıdı. Və Tomas Xirns də.
Ondan çox şey öyrənmişəm. Bizim məşqçimiz də eyni şəxs - Emanuel Stüard olub. Onun texnikasını mənimsəməyə cəhd göstərmişəm.
Əlbəttə, bu siyahını Məhəmməd Əlisiz təsəvvür etmək mümkün deyil. Beşinci kimdi? Ola bilsin ki, mənim qardaşım. Axı sabiq dünya çempionları arasından ondan savayı heç kim mer ola bilməyib”.

