Evində dünyasını dəyişdi - FOTO

18 Avqust 2017 08:12 Boks 693
Evində dünyasını dəyişdi - FOTO

Tanınmış amerikalı basketbolçu Tom Hokins vəfat edib. Sportinfo.az xəbər verir ki, 81 yaşlı veteran idmançı Kaliforniya ştatının Malibu şəhərindəki evində dünyasını dəyişib.

Hokins “Notr-Dam” kollecinin komandasının ilk qaradərili basktebolçusu olub. O, peşəkar karyerasını başa vurduqdan sonra radio və televiziyada şərhçi kimi fəaliyyət göstərib.

Həmçinin “Los-Anceles Docers” beysbol klubunun vitse-prezidenti olub. Tom Hokins “Minneapolis Leykers”, “Los-Anceles Leykers” və “Sakramento Kinqz” klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti