Həkimlər yığmamızın üzvünə DÇ-də çıxış etməyə icazə vermədilər

18 Avqust 2017 19:12 Boks 904
Həkimlər yığmamızın üzvünə DÇ-də çıxış etməyə icazə vermədilər

Dünya çempionatında çıxış edəcək kişi boksçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Sportinfo.az ABF-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz Almaniyanın Hamburq şəhərində keçiriləcək mundiala itki ilə yollanacaq.

Boksçularımız lisenziya xarakteri daşıyan Avropa çempionatında mundiala 5 vəsiqə qazansa da, Almaniyada rinqə 4 idmançımız çıxacaq. Buna səbəb Abdulqadir Abdullayevin (91 kq) heyətdən kənar qalmasıdı.

Həkimlər hazırlıqda zədələnən boksçunun rinqə çıxmasına icazə verməyiblər. Bu üzdən də mundialda ölkəmizi Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?