Azərbaycanlı məşhura meydan oxudu: "Səni gözləyəcəyəm” - VİDEO

17 Avqust 2017 20:24 Boks 1 250
Azərbaycanlı məşhura meydan oxudu: "Səni gözləyəcəyəm” - VİDEO

Hollandiyalı idmançı Errol Zimmerman Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədova meydan oxuyub. Sportinfo.az xəbər verir ki, döyüşçümüzlə üz-üzə gələcək Errol Zimmerman "Instagram" hesabında məşq zamanı çəkilən videosunu paylaşaq Zabitlə döyüşü səbirsizliklə gözlədiyini bildirib.

Zabit isə öz növbəsində həmin videonu paylaşıb və “Səni gözləyəcəyəm” deyə qeyd yazıb. Döyüş 23 avqustda baş tutacaq. Qarşıdurma Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri çərçivəsində baş tutacaq.

Zabit Səmədovun rəqibi Errol Zimmerman indiyədən peşəkar rinqdə 137 döyüş keçirib və bunlardan 111-də qələbə qazanıb. O, heç bir döyüşünü bərabərliklə başa vurmayıb. Zabit Səmədov isə son olaraq belçikalı rəqibi Fred Sinistranı Türkiyədə məğlub etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?