Azərbaycanlı boksçu Emin İsmayılov təkbaşına aksiya keçirib. O, Gənclər və İdman Nazirliyinin binası önünə benzin töküb və nazirliyə təkbaşına etiraz edib.
İdmançı deyib: "3 ildir ki, məni süründürürsüz, dinləmirsiz. Əgər cəsarətiniz varsa, mənə yaxınlaşın, kimsə məni yaxınlaşsa, özümü yandıracam" (azxeber.com).
Ərazidə olan polislərin müdaxiləsindən sonra idmançı hadisə yerindən uzaqlaşdırılıb. Dostlarının dediyinə görə, 3 saatdan çoxdu ki, ondan xəbər yoxdu.
Emin İsmayılov bir neçə müddətdi ki, ciddi zədədən əziyyət çəkir. O dəfələrlə müalicəsi üçün nazirliyə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bu səbəbdən də boksçu özünü yandıracağını deyib. O həmçinin qeyd edib ki, yaxın günlərdə özünü yandıracaq.

