Azərbaycan yığması dünya çempionatına hazırlığı davam etdirir

8 Avqust 2017 23:24 Boks 879
Azərbaycan yığması dünya çempionatına hazırlığı davam etdirir

Kişi boksçulardan ibarət yığma dünya çempionatına hazırlığı davam etdirir. Boks Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, Leonid Loivskinin başçılıq etdiyi komanda təlim-məşq toplanışının ikinci hissəsini bu gün başa vurub.

Sabah isə hazırlığın son mərhələsinə start veriləcək. Yığma məşqlərini əvvəlki 2 mərhələdə olduğu kimi, Boks Mərkəzində keçirəcək. Texniki-taktiki hazırlıqda mundiala qatılacaq Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak edəcəklər.

Dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) isə toplanışdan kənar qalıb. Buna səbəb onun hazırlıqda zədələnməsidir. Abdullayevin müalicəsinə başlanılıb. Lakin onun zədə səbəbindən dünya çempionatına yollanması sual altına düşüb.

Üçüncü mərhələ başa çatdıqdan sonra yığma dünya çempionatının keçiriləcəyi Almaniyanın Hamburq şəhərinə yollanacaq. Avqustun 25-də start götürəcək mundial sentyabrın 3-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?