Almaniyada yaşayan idmançılarımız şəhid ailələrinə 15 min avro göndərdi - FOTOLAR

21 Noyabr 2020 18:40 Bizimkilər 540
Almaniyada yaşayan idmançılarımız şəhid ailələrinə 15 min avro göndərdi - FOTOLAR

Bu gün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların gözü Vətənə dikilib. Soydaşlarımız böyük zəfərin sevicini Azərbaycan vətəndaşları ilə bölüşdüyü kimi, şəhid ailələrinin kədərinə də şərikdirlər.

Sportinfo.az xəbər verir ki, Almaniyada yaşayan bir qrup idmançı soydaşımız Vətən müharibəsində həlak olan şəhidlərimizin ailələrinə 15 min avro göndərib.

Xeyriyəçilərin arasında kyokşindo karate idman növü üzrə dünya çempionu, Kyokşindo Avropa Federasiyasının texniki direktoru Ramal Mustafayev də var.

Soydaşlarımız maddi vəsaiti Xocavənd rayonundan olan şəhid ailələrinin arasında bölüşdürüblər. Şəhid ailələri onlara ayrılan diqqətə görə minnətdarlıqlarını ifadə etdilər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"