Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO

21 Noyabr 2020 10:30 Bizimkilər 267
Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO

O, cəbhəyə yollanan gün körpə Fidanı doğulub. Söhbət Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan tabor komandiri Surxay Noçuyevdən gedir.

Şəhid zabitimizin atası Əbdül Noçuyev deyir ki, oğlu Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı ilə yanaşı, Zəngilanın, doğma Məmmədbəyli kəndinin də azadlığını yaşayıb, bircə Şuşadan nigaran gedib.

Ailəli olan Surxaydan yadigar 2 körpə balası qalıb. Üzünü belə görmədiyi 2 aylıq Fidan və atasının şəhidliyindən hələ də xəbərsiz olan 5 yaşlı Uğur...

Sportinfo.az xezerxeber.az-ın şəhidin ailəsindən hazırladığı reportajı təqdim edir:


Digər Xəbərlər
Xəbər Lenti