![Millimizin vingeri oynadı, bərabərə qaldılar - Niderlandda](https://www.sportinfo.az/media/2023/11/29/kokcu_oza1701151158.jpg)
Niderland birinci divizionunda 15-ci turun matçları baş tutub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" növbəti görüşünə çıxıb.
Onun komandası "Top Oss"la qarşılaşıb və qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Kökçü meydana start heyətində çıxıb və sona qədər oynayıb.
“Eyndhoven” 22 xalla 12-ci pillədədir.