Azərbaycanlı futbolçunun Avropada yeni klubu – 2 illik müqavilə

18 İyul 2024 00:30 Bizimkilər 1 468
Azərbaycanlı futbolçunun Avropada yeni klubu – 2 illik müqavilə

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu Polşanın yüksək liqa təmsilçisi "Radomyak"a keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rahillə 2 illik müqavilə imzalanıb.

"Radomyak" ötən mövsüm Polşa liqasını 15-ci yerdə (18 komanda arasında) başa vurub.

R.Məmmədov bundan əvvəl də Polşada çıxış edirdi. Bu ilin yanvarında "LKS Lodz"a keçən müdafiəçi komandanın aşağı liqaya düşməsindən sonra klubdan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı