“Nürnberq” Mahirin adını ilk dəfə iştirak ərizəsinə saldı

14 Sentyabr 2024 14:20 Bizimkilər 1 335
“Nürnberq” Mahirin adını ilk dəfə iştirak ərizəsinə saldı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniya 2-ci bundesliqasında debüt edə bilər.

Sportinfo.az xəbər verir ki, “Nurnberq”in 27 yaşlı hücumçusu “Ulm 1846”ə qarşı keçiriləcək 5-ci turun oyununun iştirak ərizəsində yer alıb.

Onun adı ehtiyat oyunçular sırasına salınıb.

M.Emreli zədəsi səbəbindən bundan öncəki oyunları buraxmaq məcburiyyətində qalıb.

“Ulm 1846” - “Nürnberq” oyunu Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Hazırda “Nürnberq” 4 oyundan 4 xalla 18 komanda arasında 13-cü yeri tutur. Onun bugünkü rəqibi “Ulm” isə 4 matçdan 1 xalla 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi