COP29

“Düzünü deyim, mənə hansısa klubdan konkret təklif olmayıb"

20 İyun 02:20 Bizimkilər 1 492
“Düzünü deyim, mənə hansısa klubdan konkret təklif olmayıb"

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin yeni mövsümə “Polesye”də yoxsa, başqa klubda başlayacağı hələ ki, dəqiq deyil.

Məsələ burasındadır ki, gənc futbolçuya həm Azərbaycan klublarından, həm də Avropa klublarından maraq çoxdur.

Sportal.az saytına açıqlama verən Mustafayev “Polesye”də oynadığı üçün şad olduğunu bildirib:

“Düzünü deyim, mənə hansısa klubdan konkret təklif olmayıb. Mətbuatda yazılanları oxuyuram.

Hansısa klublardan maraq ola bilər. Lakin heç bir konkret təklifim olmayıb.

“Polesye”də oynadığım üçün şadam. Bütün fikrimi hazırkı komandama yönəltmişəm”.

22 yaşlı yarımmüdafiəçi 2023-cü ildə iyulun 1-də “Aleksandriya”dan ayrılaraq “Polesye” ilə dörd illik müqavilə imzalamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?