İki azərbaycanlı klub prezidenti DÇ-2026-nın finalında

14:40 Bizimkilər 222
İki azərbaycanlı klub prezidenti DÇ-2026-nın finalında

DÇ-2026-nın qalibi müəyyənləşib.

Həlledici görüşdə son çempion Argentina ilə İspaniya üə-üzə gəlib.

Nyu-York yaxınlığındakı "New York New Jersey Stadium"da keçirilən görüşü sloveniyalı referi Slavko Vinçiç idarə edib.

Bu, Argentina üçün yeddinci, İspaniya üçün isə ikinci final olub. Daha əvvəl Argentina 3 dəfə, İspaniya isə 1 dəfə dünya çempionluğuna yiyələnib.

Budəfəki finalda 1:0 hesabl qalib gələn ispanlar tarixlərində ikinci dəfə dünya çempionu olub. Yeganə qolu 105-ci dəqiqədə Ferran Torres vurub.

Tarixin 23-cü mundialının fnalını izləyənlər arasında iki azərbaycanlı klub prezidenti də yer alıb.

«Sumqayıt»ın başqanı Riad Rəfiyevlə onun «Səbail»dən olan həmkarı Mirzə Bayrampur bu qarşılaşmaya tamaşa etmək məqsədilə okeanın o tayına yollanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti