Basketbol üzrə Azərbaycanın U-20 oğlanlardan ibarət milli komandası FIBA Avropa çempionatının B divizionunda son oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yığmamız Niderland millisini 66:60 hesabı ilə məğlub edib. Bu, komandamızın turnirdə qazandığı üçüncü qələbə olub.
Azərbaycan millisi Avropa çempionatını 11-ci pillədə başa vurub.
Komandamız qarşılaşmada 66 xal toplayıb, 40 ribaund, 15 məhsuldar ötürmə, altı topalma və yeddi blokla yadda qalıb.
Görüşün ən məhsuldar basketbolçusu Emmanuel Aqbason olub. O, 19 xal, 10 ribaund, iki topalma və beş blokla 28 effektivlik xalı toplayıb.
Derin Berköz 13 xal, beş ribaund, beş məhsuldar ötürmə və bir topalma ilə çıxış edib. İsmayıl Abdullayev 10 xal, beş ribaund, bir məhsuldar ötürmə və bir topalma ilə yadda qalıb.
Hüseyn Məmmədov isə komandasına yeddi xal, dörd ribaund, üç məhsuldar ötürmə və iki topalma ilə kömək edib.

